Bakıda şirkətin 15 min manatlıq optik internet kabeli oğurlanıb
27-11-2023, 10:50
1 082

Bakıda şirkətin 15 min manatlıq optik internet kabeli oğurlanıb

Bakıda şirkətdən oğurluq edilib.

DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Oxşar xəbərlər