Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu
30-11-2023, 18:21
6 499

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

 Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub. 
Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumata görə, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. 
Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir. 
Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: 
"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar". 

Oxşar xəbərlər