Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxdu
6-12-2023, 11:45
1 501

Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxdu

"Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında xeyli uşaq qızılcaya yoluxub".

Bunu təşkilatın sədri Kəmalə Ağazadə deyib.

"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib. Əməkdaşlarımızın 2 nəfəri hal hazırda  xəstəxanadadır" deyə K.Ağazadə bildirib.

Oxşar xəbərlər