
Cəmiyyət
9-12-2023, 16:10
15 396
ABŞ səfiri: Azərbaycanda olduğum müddətdə regionda davamlı sülh üçün birlikdə çalışacağımıza ümid edirəm
"ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub".
Bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi videmüraciətində deyib.
Səfir bildirib ki, o, Bakıda qısa müddət olmasına baxmayaraq şəhəri gəzmək imkanı əldə edib, Azərbaycan mətbəxinin təamlarını dadıb.