Ötən il 153 uşağa Polad adı verilib
2-01-2024, 17:30
6 485

Ötən il 153 uşağa Polad adı verilib

Ötən il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.
2023-cü ildə 153 uşağa Polad adı verilib.
Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə isə 196 körpəyə Polad adı verilib.
Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür.

Oxşar xəbərlər