Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb
3-01-2024, 10:26
1 222

Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

DİN verdiyi xəbərə əsasən, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

Oxşar xəbərlər