Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
10-01-2024, 10:30
1 183

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Eyni zamanda, bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - qurumdan bildirilib.

Oxşar xəbərlər