Güləşçimiz ermənini diz çökdürdü
19-03-2021, 15:44
157

Güləşçimiz ermənini diz çökdürdü

Azərbaycanın güləş yığmasının üzvü Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
O, 86 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Hovhannes Mxitaryana 8:5 hesabı ilə qalib gəlib.
Abakarov bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.
Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər