"Qarabağ"ın rəqibi Bakıya yollandı
17-08-2020, 12:01
293

"Qarabağ"ın rəqibi Bakıya yollandı

Şimali Makedoniyanın "Sileks" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərəhləsində "Qarabağ"la matç üçün Azərbaycana yollanıb.
"Report" "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edir. Nəşr Bakıya yollanan futbolçuların siyahısını açıqlamayıb.
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.

Oxşar xəbərlər