İdman
4-06-2021, 17:54
297
Boksçumuz erməniyə qalib gəldi
Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
Bakitv.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan erməni əsilli Danimarka yığmasının üzvü Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb.
Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.
Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.
Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.