“Neftçi” - "Rapid" oyununda da anşlaq olacaq - "Ağ-qara" düşərgədən sevindirici xəbərlər
2-08-2022, 13:06
1 612

“Neftçi” - "Rapid" oyununda da anşlaq olacaq - "Ağ-qara" düşərgədən sevindirici xəbərlər

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Rapid”lə qarşılaşacaq “Neftçi” hazırlığını davam etdirir. 
Futbolçuların oyuna tam köklənməsi üçün baş məşqçi Laurentsiu Regekampf qadağa qoyub. Belə ki, bu həftənin ilk günündən mətbuata açıqlama vermək olmaz! Jurnalistlərlə ünsiyyət yalnız qarşıdakı matçdan sonra mümkündür. 
Düşərgədə sevindirici xəbər Azər Salahlı və Voyislav Stankoviçlə bağlıdır. “Aris”lə Bakıdakı qarşılaşmanın gedişində zədələnən müdafiəçilərin hazırkı durumu qənaətbəxşdir. Lakin həkimlər hər iki futbolçuya ağır məşqlərdən uzaq durmağı tapşırıb. Buna baxmayaraq, Azərlə Voyislavın “Rapid”ə qarşı forma geymək şansı yüksək dəyərləndirilir. 
“Neftçi”də daha bir sevindirici xəbər isə bilet satışı ilə bağlıdır. Cəmi 2 gündür anons verilməsinə baxmayaraq, artıq 3 min nəfər biletə sahib olub. Satış tempindən cümə axşamı “Bakcell Arena”da boş yer qalmayacağı şübhə doğurmur. 
“Neftçi” ilə “Rapid” arasında UEFA Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin ilk oyunu avqustun 4-də, saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər