Tarixin ən zəngin qadın tennis ulduzu karyerasını bitirdi
3-09-2022, 19:37
18 819

Tarixin ən zəngin qadın tennis ulduzu karyerasını bitirdi

Dünya tennisinin ulduzu amerikalı Serena Uilyams karyerasını bitirib.
40 yaşlı idmançı 27 illik idman karyerasında 39 dəfə Böyük Dəbilqə qalibi, dörd dəfə Olimpiya çempionu olub.
Tarixdə həm qadınlar, həm də kişilər arasında tək və qoşa yarışlarda Qızıl Dəbilqə qazanan yeganə şəxs olan Uilyams “Böyük Dəbilqə” turnirinin üçüncü turunda avstraliyalı Ayla Tomlyanoviçə məğlub olub.
Görüş 7-5, 6-7 (4-7), 6-1 hesabı ilə dünyanın 46-cı raketka ustası 29 yaşlı Tomlyanoviçin xeyrinə başa çatıb.
Hazırda dünya reytinqində 413-cü yerdə olan tarixin ən zəngin qadın idmançısı daha əvvəl ABŞ Açıq çempionatından sonra karyerasını bitirməyi planlaşdırdığını demişdi. Turnirin əvvəlində Uilyams monteneqrolu Danka Koviniçə və dünyanın ikinci ən yaxşı raketka ustası estoniyalı Anette Kontaveytə qalib gəlib.
Mənbə: RBC

Oxşar xəbərlər