“Qarabağ” – “Frayburq” oyununun biletləri satışa çıxarılıb - FOTO
28-10-2022, 21:13
9 927

“Qarabağ” – “Frayburq” oyununun biletləri satışa çıxarılıb - FOTO

Bakıda “Qarabağ’ və Almaniyanın “Frayburq’ komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb.
Bu barədə “Qarabağ’ FK-nın rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), “iTicket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.
Qeyd edək ki, noyabrın 3-də oynanılacaq "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər