Dele Alli "Beşiktaş"dan ayrılacaq
29-10-2022, 22:44
18 990

Dele Alli "Beşiktaş"dan ayrılacaq

"Everton"dan icarə əsasında "Beşiktaş"da çıxış edən Dele Alli ümidləri doğrultmur.
"Football Insider"in yaydığı məlumatda xəbər verilir ki, 26 yaşlı yarımmüdafiəçinin qış transfer dönəmində İstanbul təmsilçisindən ayrılması gözlənilir. "Beşiktaş" müqavilədəki birbaşa satın alma şərtindən istifadə etməyəcək, "Everton" isə Allini komandaya qaytarmaq istəmir.
İngiltərəli futbolçunun yeni ünvani İtaliya A Seriyasından "Fiorentina" ola bilər. 
Qeyd edək ki, "qartallar" Allini cari mövsümün sonuna qədər icarəyə götürüb.

Oxşar xəbərlər