Ənənəvi formatda son dünya çempionatı – Qətərdəki oyunların AFİŞASI
19-11-2022, 14:02
17 631

Ənənəvi formatda son dünya çempionatı – Qətərdəki oyunların AFİŞASI

Sabah futbol üzrə 22-ci dünya çempionatına start veriləcək. 
Bu çempionat ilk dəfə olaraq Yaxın Şərqdə, Qətərdə keçiriləcək. 
Bundan başqa, ənənəvi olaraq yay aylarında keçirilən dünya çempionatı ilk dəfə payız-qış aylarında baş tutacaq. 
Noyabrın 20-də başlayacaq çempionatın final görüşü dekabrın 18-də keçiriləcək. 
29 gün ərzində 32 komanda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq. 
Həmin komandalar 8 qrupa bölünüblər: 
A qrupu
Niderland
Ekvador
Seneqal
Qətər
B qrupu
İngiltərə
ABŞ
İran
Uels
C qrupu 
Polşa
Argentina
Meksika
Səudiyyə Ərəbistanı
D qrupu
Fransa
Danimarka
Tunis
Avstraliya
E qrupu
Almaniya
İspaniya
Kosta Rika
Yaponiya
F qrupu
Xorvatiya
Belçika
Kanada
Mərakeş
G qrupu
İsveçrə
Serbiya
Braziliya
Kamerun
H qrupu
Portuqaliya
Uruqvay
Qana
Cənubi Koreya
Qrup mərhələsinin oyunları 20 noyabr - 2 dekabr tarixlərində keçiriləcək. 1/8 final mərhələsi dekabrın 3-dən 6-dək, 1/4 final qarşılaşmaları dekabrın 9-u və 10-da, yarımfinallar isə dekabrın 13-ü, 14-də olacaq. 3-cü yer uğrunda görüş dekabrın 17-də Dohadakı “Xəlifə” stadionunda, final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da “Lusail” arenada keçiriləcək.
Qrup mərhələsinin qarşılaşmalarının afişasını təqdim edirik:
20 noyabr
20:00. Qətər – Ekvador
21 noyabr
17:00. İngiltərə - İran
20:00. Seneqal – Niderland
23:00. ABŞ – Uels
22 noyabr
14:00. Argentina – Səudiyyə Ərəbistanı
17:00. Danimarka – Tunis
20:00. Meksika – Polşa
23:00. Fransa – Avstraliya
23 noyabr
14:00. Mərakeş – Xorvatiya
17:00. Almaniya – Yaponiya
20:00. İspaniya – Kosta Rika
23:00. Belçika – Kanada
24 noyabr
14:00. İsveçrə - Kamerun
17:00. Uruqvay – Cənubi Koreya 
20:00. Portuqaliya – Qana
23:00. Braziliya – Serbiya
25 noyabr
14:00. Ules – İran
17:00. Qətər – Seneqal
20:00. Niderland – Ekvador
23:00. İngiltərə - ABŞ
26 noyabr
14:00. Fransa – Danimarka
17:00. Polşa – Səudiyyə Ərəbistanı 
20:00. Fransa – Danimarka
23:00. Argentina – Meksika
27 noyabr
14:00. Yaponiya – Kosta Rika
17:00. Belçika – Mərakeş 
20:00. Xorvatiya – Kanada
23:00. İspaniya – Almaniya
28 noyabr
14:00. Kamerun – Serbiya
17:00. Cənubi Koreya – Qana
20:00. Braziliya – İsveçrə
23:00. Portuqaliya – Uruqvay
29 noyabr
19:00. Evkador – Seneqal
19:00. Niderland – Qətər
23:00. İran – ABŞ
23:00. Uels – İngiltərə
30 noyabr
19:00. Avstraliya – Danimarka
19:00. Tunis – Fransa
23:00. Polşa – Argentina
23:00. Səudiyyə Ərəbistanı – Meksika
1 dekabr
19:00. Kanada – Mərakeş
19:00. Xorvatiya - Belçika
23:00. Kosta Rika - Almaniya
23:00. Yaponiya - İspaniya
2 dekabr
19:00. Qana - Uruqvay
19:00. Cənubi Koreya - Portuqaliya
23:00. Kamerun - Braziliya
23:00. Serbiya – İsveçrə.
Qeyd edək ki, bu, 32 komandanın iştirakı ilə təşkil olunacaq sonuncu dünya çempionatıdır. Belə ki, 2026-cı ildə Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birlikdə təşkil edəcəyi mundialda 48 komanda yarışacaq.

Oxşar xəbərlər