İsveçrə yığması Kameruna qalib gəldi
24-11-2022, 16:13
760

İsveçrə yığması Kameruna qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.
Qrupun ilk oyununda İsveçrə Kamerun yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.
Qrupun digər matçında Braziliya Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər