"Əl-Nəsr" klubu Messini də transfer etmək istəyirmiş
2-01-2023, 14:15
1 433

"Əl-Nəsr" klubu Messini də transfer etmək istəyirmiş

“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştiano Ronaldonu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.
Məşqçi xarici mətbuata açıqlamasında daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib.
"Əvvəlcə Messinin transferini istəyirdim. Şəxsən Leonu Dohadan (Qətərin paytaxtı - red.) gətirməyə çalışdım" - deyə Qarsia bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2 illik müqavilə bağlayıb.

Oxşar xəbərlər