“Napoli”ni “Roma” da saxlaya bilmədi
30-01-2023, 10:49
618

“Napoli”ni “Roma” da saxlaya bilmədi

İtaliya A seriyasında 20-ci turun mərkəzi qarşılaşması baş tutub.
Lider “Napoli” öz meydanında çempionatın iddialı kollektivlərindən olan “Roma”nı qəbul edib.
Turnirin az qala yarısı hələ irəlidə olsa da, oyundan öncə qonaqların baş məşqçisi Joze Mourinyo ev sahiblərini çemiponluq münasibətilə təbrik edib.
“San-Paolo” arenasında keçirilən matça gəlincə, qarşılaşma “Napoli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oxşar xəbərlər