İdman
30-01-2023, 16:51
6 104
Azarkeşlər meydanda futbolçulara hücum etdi
Bayrampaşada keçirilən həvəskarlar liqasının oyununda azarkeşlər meydana enərək futbolçulara hücum edib.
Türkiyə mediası xəbərinə görə, hadisə "Qaziosmanpaşaspor" - "Beykoz 1908 Spor" oyununda baş verib. "Qaziosmanpaşa"lı azarkeşlər meydana daxil olaraq futbolçulara hücum edib. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Super Həvəskarlar Liqasının 5-ci qrupunun 15-ci həftəsində İBB Bayrampaşa Stadionunda “Qaziosmanpaşa” ilə “Beykoz 1908 Spor” meydana çıxıb.
Oyunun 17-ci dəqiqəsində “Beykoz 1908 Spor”un oyunçusu Arda Şahin vurduğu qolla komandasını 1-0 önə keçirib. Bu qoldan sonra meydanda qəfil qarışıqlıq yaranıb.
Komandalarını tribunada dəstəkləyən “Qaziosmanpaşaspor”un azarkeşləri meydana enərək “Beykoz”lu futbolçulara hücum edib.
Texniki heyət və polisin köməyi ilə “Beykoz”lu futbolçular soyunub-geyinmə otağına daxil olublar.
Hadisədən təxminən 20 dəqiqə sonra yenidən başlayan qarşılaşma yenidən dava-dalaşın başlaması ilə dayandırılıb.
Sahə kənarında da dacam edən davada çevik qüvvət polisi Qaziosmanpaşa tərəfdarlarını dağıtmaqda çətinlik çəkib, gözyaşardıcı qazla yanaşı havaya da atəş açıb.