Cerrard Premyer Liqa klubunun baş məşqçisi ola bilər
18-03-2023, 13:36
22 660

Cerrard Premyer Liqa klubunun baş məşqçisi ola bilər

“Reyncers” və “Aston Villa”nın keçmiş baş məşqçisi Stiven Cerrard “Kristal Pelas”ı çalışdıra bilər.
Premyer Liqa klubunun rəhbərliyi hesab edir ki, onun oyun fəlsəfəsi komandaya uyğun gəlir. Hazırda ingilis mütəxəssis bu posta əsas namizəd hesab edilir.
“Kristal Pelas” dünən baş məşqçisi Patrik Vieyranı istefaya göndərib. Komanda Premyer Liqada 27 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.
Mənbə: “Daily Record”

Oxşar xəbərlər