“Napoli”də ciddi itki
1-04-2023, 11:04
1 254

“Napoli”də ciddi itki

"Napoli" klubunun futbolçusu Viktor Osimhen "Milan"a qarşı İtaliya A Seriyasının XXVIII tur oyununu buraxacaq.
Neapol təmsilçisinin rəsmi saytı xəbər verir ki, 25 yaşlı hücumçu əzələsindən zədə alıb.
Nigeriyalı forvardın vəziyyətinə bir həftədən sonra yenidən baxılacaq.
Qeyd edək ki, aprelin 2-də baş tutacaq "Napoli" - "Milan" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cari mövsüm 23 oyunda 21 qola imza atan Osimhen A Seriyasının bombardiridir. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Oxşar xəbərlər