İdman
5-04-2023, 16:04
911
İkardi "Qalatasaray"dan gedəcək
Cari mövsüm "Qalatasaray"dakı performansı ilə yenidən ulduzu parlayan Mauro İkardi "Cim-Bom"dan ayrılacaq.
"Roma" klubu argentinalı hücumçunu heyətinə cəlb edəcək. İtaliya mətbuatının yaydığı xəbərə görə, klub Temmi Abrahamı satandan sonra əvəzinə Mauro İkardini transfer edəcək. "Roma"nın İkardiyə PSJ-də qazandığı maaşın yarısını təklif etdiyi və futbolçunun bu təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, PSJ-dən icarə əsasında "Qalatasaray"da çıxış edən İkardi cari mövsüm "sarı-qırmızılar"ın heyətində 16 oyun keçirib, 9 qol və 6 assistə imza atıb.