İdman
18-04-2023, 17:15
6 233
Qadın voleybolçular arasında Azərbaycan çempionu məlum oldu
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, “Azərreyl” finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib. Əvvəlki iki görüşdə də üstün olan komanda çempion adını qazanıb. “Abşeron” isə gümüş mükafatla kifayətlənib.
Yüksək Liqada bürünc medalı UNEC-ə qalib gələn “Murov” əldə edib.