"Əl Nəsr" klubu Ronaldonu transfer etdiyi üçün peşman olub - "Aldadılmışam"
28-04-2023, 18:35
15 846

"Əl Nəsr" klubu Ronaldonu transfer etdiyi üçün peşman olub - "Aldadılmışam"

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun prezidenti Əl-Müəmmər rekord maaşla transfer etdikləri portuqaliyalı ulduz Kriştiano Ronaldo haqqında açıqlama verib. 
Xarici KİV xəbər verir ki, klub prezidenti Ronaldonun transferində aldadıldığını bildirib.
"Həyatımda cəmi iki dəfə aldadılmışam. Birincisi, üç şiş kabab istəyəndə, onlar cəmi birini göndərdilər. İkincisi, Kriştiano Ronaldonu transfer etdiyim gün idi", - deyə Əl-Müəmmər bildirib. 
Qeyd edək ki, portuqaliyalı ulduzun komandası Səudiyyə Ərəbistanı Superkuboku və Kral Kuboku ilə vidalaşıb. Futbolçu liqada istənilən nəticə vermədiyi üçün tənqid hədəfinə çevrilib. 

Oxşar xəbərlər