Mbappe PSJ-nin xəyanətindən DANIŞDI
16-05-2023, 14:15
1 134

Mbappe PSJ-nin xəyanətindən DANIŞDI

PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubu rəhbərliyinin xəyanətindən danışıb. 
Xarici media xəbərinə görə, bu fikirləri “The Athletic”in jurnalisti Mario Korteqana səsləndirib.
Mənbə Mbappenin fransızlarla müqavilənin uzadılmasından təəssüfləndiyini bildirib. "O, özünü xəyanətə uğramış hiss edir, çünki klubun vəd etdiyi yerinə yetirilmədi", - journalist deyib.
Futbolçunun "Real"a keçmək istədiyi, bununla əlaqədar ətrafının klubla yeni danışıqlara başlamağa çalışdığı qeyd edilir.
Mayın 14-də “Marca” qəzeti futbolçunun yüksək maaşı və Madrid klubunun PSJ-yə pul ödəmək istəməməsi səbəbindən Mbappenin “Real”a transferinin 2023-cü ilin yayında baş tutmayacağını yazıb. Qeyd olunur ki, futbolçu parislilərlə ayrılmaq qərarına gəlsə, keçid 2024-cü ildə baş tuta bilər.
2022-ci il mayın 21-də PSJ, Mbappenin daha əvvəl “Real” a keçmək barədə razılığa gəlməsinə baxmayaraq, karyerasını klubda davam etdirəcəyini açıqlayıb. Parislilərlə müqavilə 2024-cü ilə qədər bir mövsüm uzadılmaq şərti ilə nəzərdə tutulub.

Oxşar xəbərlər