Azərbaycan boksçusu Polşada yarımfinala yüksəldi
25-05-2023, 12:56
902

Azərbaycan boksçusu Polşada yarımfinala yüksəldi

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, döyüşlərin yekununa əsasən yığmamızın bir boksçusu qələbə qazanıb.
66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Oxşar xəbərlər