Messi “Barselona”ya qayıtmamasının səbəbini AÇIQLADI
8-06-2023, 13:02
669

Messi “Barselona”ya qayıtmamasının səbəbini AÇIQLADI

Argentinalı hücumçu Lionel Messi "Barselona"ya qayıtmaqdan imtina etməsini açıqlayıb.
Xarici media xəbərinə görə, futbolçu həqiqətən qayıtmaq istədiyini, lakin çətinliklərdən və qeyri-müəyyənliklərdən qorxduğunu bildirib. O, özünün və ailəsinin ehtiyaclarını nəzərə alaraq, təkbaşına qərar vermək istədiyini vurğulayıb: "Mən eşitdim ki, "Barselona" oyunçularını satmalı və ya maaşını azaltmalı idi və açığını desəm, bu vəziyyətdə orada olmaq istəmədim".
İyunun 7-də Messi ABŞ-ın "İnter Mayami" klubuna keçdiyini açıqlayıb. 
Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Oxşar xəbərlər