Millətlər Liqasında ilk finalçı müəyyənləşib
15-06-2023, 10:01
651

Millətlər Liqasında ilk finalçı müəyyənləşib

Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.
Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb.
Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.
Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.

Oxşar xəbərlər