“Neftçi” Ozobiçin transferini açıqladı
30-06-2023, 13:47
7 997

“Neftçi” Ozobiçin transferini açıqladı

“Neftçi” Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Ozobiç “Neftçi”nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.





Oxşar xəbərlər