Manşet
27-11-2021, 10:30
381
“Proqress-2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri…- Emil Səməndərov OLMAYAN BİNANIN OLMAYAN MƏNZİLLLƏRİNİ çoxdan satıb…
Qarabağda şəhid olan əsgərin mənzilini başqasına satan Emil Səməndərov…
Məhkəmənin Emil Səməndərova verdiyi cəza- 2500 manat cərimə - bir unitazın puludur ee..
Azərbaycanda 10-15 ildir ki, mənzil tikintisi “bumu” yaşanır.
Kimlərsə, MMC, yaxud MTK təsis edərək torpaq sahəsi alıb çoxmənzilli, çoxmərtəbəli binalar inşa edirlər.
Vətəndaşlar isə həmin şirkətlərlə müqavilə bağlayır, 40-50 min, bəzən 100 min pulunu ödəyərək mənzilin hazır olacağı günü səbrsizliklə gözləyirlər.
Amma bu MTK-larla bağlı əsasən 2 hal baş verir.
Birincisi, odur ki, bina müqavilədə göstərilən müddətdə başa çatmır, illərlə gecikir və kirayədə qalan şəxslər xeyli ziyana düşürlər. Binalar təhvil veriləndə isə məlum olur ki, mənzillərin təmiri bərbad gündədir.
İkinci və ən çox yayılan variant isə daha dəhşətlidir.
Müqavilə bağlayıb pulunu ödəyən vətəndaş mənzilin hazır olacağı günü gözləyir. Və həmin gün bəlli olur ki, onun mənzili başqa bir şəxsə satılıb. Bu halda hətta bir mənzilin 2-3 nəfərə satıldığı da məlum olur.
Belə hallara yol verən MTK sahiblərini ən yaxşı halda 7-8 illik həbs cəzası gözləyir.
Yaxşı lap tutaq ki, MTK sahibi həbs olundu, bəs 100-lərlə vətəndaşın mənzil problemini kim həll edəcək, batan milyonları kim qaytaracaq ?
Bir sözlə, özəl şirkətlərin mənzil tikintisində sözün həqiqi mənasında “bespredel” baş alıb gedir.
Belə cinayət əməllərinə yol verən tikinti şirkətlərindən biri də, “Proqress- 2016” MMC-dir.
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov uzun illərdir ki, tikinti biznesinə, əslində cinayət əməllərinə başlayıb.
Bu adamın 10 il əvvəl tikməyə başladığı bina hələ də başa çatmayıb. Ancaq Emil Səməndərov OLMAYAN BİNADAKI OLMAYAN MƏNZİLLƏRİ çoxdan satıb. Özü də bir mənzili 3-4 nəfərə.
Kimin nə deməyindən asılı olmayaraq onu qeyd etməliyik ki, bu cinayətlərin baş vermə səbəbi ölkədə normal məhkəmə-hüquq sisteminin olmamasıdır. Niyə ?
Yeri gəlmişkən, bu yaxınlarda deputatlarımızdan biri Milli Məclisin tribunasından car çəkdi ki, ölkədəki məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir.
Bundan artıq nə demək olar ?
Bəli, əgər hüquq-mühafizə orqanları, məhkəmələr Emil Səməndərovun illər öncə törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzanı versəydi, vəziyyət gəlib bu həddə çatmazdı.
Axı, ötən yazımızda qeyd etdiyimiz kimi, Emil Səməndərovun Bakının Sabunçu, Binəqədi, Abşeron və digər rayonlarında törətdiyi əməllərinə görə cinayət işi açılıb. Bəs niyə heç olmasa, bircə dəfə bu adam cəzasını almayıb, həmişə sudan quru çıxıb.
Heç kimə sirr deyil ki, pulunu verib cəzadan qurtarıb.
Beləcə, Emil Səməndərov əvvəllər 3-5 nəfərə qarşı dələduzluq edirdisə, sonradan 100-lərlə, 1000-lərlə vətəndaşa qarşı daha böyük cinayətlər törədib.
Təsəvvür edirsiniz, 100-lərlə vətəndaşı aldadıb pullarını mənimsəyən, vətəndaşın pulunu ödəyib müqavilə əsasında aldığı mənzilini 4-5 nəfərə satan Emil Səməndərovu 1-ci instansiya məhkəməsi 3000 manat cərimə edib. Apelyasiya Məhkəməsi isə Emil Səməndərovun cəzasını 3000 manatdan 2500 manata endirib.
İndi gördünüzmü, məhkəmə-hüquq sistemimiz deputatın dediyi kimi fəlakətli vəziyyətdədir.
Vətəndaşlara milyonları atan Emin Səməndərov 2500 manat cərimələnib.
Görəsən məhkəmə hakimi bilmir ki, Səməndərov üçün 2500 manat bir unitazın puludur .
Təkrar etməyə məcburuq ki, bu adamın barəsində 2015-ci ildə Şirvan rayon məhkəməsi, 2016-cı ildə Sabunçu rayon məhkəməsi, 2017-ci ildə Sumqayıt məhkəməsi, 2018-ci ildə Binəqədi rayon məhkəməsi, 2019-cu ildə Abşeron rayon məhkəməsində bir neçə maddə ilə dələduzluq əməllərinə, dələduzluğa görə cinayət işinə baxılıb.
Bəs Emil Səməndərov bu məhkəmələrdən necə canını qurtarıb. Və bina tikməkdə hələ də davam edir.
Marketdən 1 çörək oğurlayn şəxsə cəza verən məhkəmə hakimi niyə Emil Səməndərova cəza verməyib ?
Deməli, problem daha dərindir.
Emil Səməndərov vətəndaşlara atdığı pullarla məhkəmələrdən canını qurtara bilib.
Qoy məhkəmə hakimləri bilsin ki, mərhum Ulu Öndər deyirdi ki, dövlət iki şeydən sarsılır: Cinayətkar cəzasız qalanda və günahsız cəza alanda.
Başa düşdünüzmü ? Sizlər dövləti sarsıdırsınız, ey bəzi məhkəmə hakimləri.
Onu da qeyd edək ki, hazırda mənzil məsələsinə görə, Emil Səməndərovdan 1200 şikayətçi var.
1200 şikayətçinin evində 3-4 nəfər ailə üzvü, yaxınları var. Niyə 10 minlərlə insanı dövlətdən narazı salırsınız ?
Emil Səməndərovun sizə verdiyi pullara görəmi ?
Emil Səməndərov o qədər həddini aşıb ki, ondan şikayət edən mənzil sahiblərinə hədə-qorxu gəlir, cangüdənlə gəzir, dövlətə meydan oxuyur.
Bir məsələni də qeyd etməyi vacib hesab edirik. Bu işdə vəkillərin də günahı var.
Emil Səməndərovun vəkilləri şikayətçiləri aldadır ki, şikayətinizi geri götürün, yoxsa evləriniz batacaq.
Belə vəkillik olar ? Guya Emil Səməndərov həbs olunsa, vətəndaşların pulu batacaq.
Emil Səməndərov hətta Qarabağda şəhid olan əsgərimizin mənzilini də başqa şəxsə satıb. İndi şəhidin ailəsi heç olmasa ödənilən pulu tələb edir, Emil Səməndərov onu da qaytarmır.
Kim(lər) durub, bu Emil Səməndərovun arxasında, kimlər onu qoruyur ?
Emil Səməndərov şəxsi söhbətlərində elə vəzifəli şəxslərin adını çəkir ki....
Bəli, yuxarıda qeyd etdiyimiz kimi Emil Səməndərov məhkəmələrə verib canını qurtardığı göy əskinaslardan mətbuata da verib susdurmaq istəyir.
Biz bir media olaraq Emil Səməndərova deyirik ki, kimlərəsə verdiyin göy əskinasları dostlarının cibinə basıb yanımıza göndərmə, bizi bezdirmə. Sən bütün dəyərləri pozub şəhidin mənzilini satmış birisən. Sən buna görə, haqq divanında cavab verəcəksən.
P.S Emil Səməndərovun əməllərindən bezən sakinlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Biz isə Emil Səməndərov həbs olunana qədər yazılarımızı davam etdirəcəyik, heç özünüzü yormayın. /Gundelik-baku.com/