Dünya
6-01-2021, 10:01
190
Müğənni canlı yayımda koronavirus peyvəndi vurduracaq
Türkiyəli müğənni Alişan da koronavirus əleyhinə peyvənd olunmağa qərar verib.
Bakıtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həmkarı Demet Akalından sonra peyvənd üçün könüllü olub.
Vaksinasiya üçün könüllü olan sənətçidən lazımi analizlər götürüldükdən sonra onun uyğun olduğu bildirilib. O, canlı yayımda, hər kəsin gözü qarşısında peyvənd olunacağını açıqlayıb.
Sənətçinin bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub. Bunu cəsarətli addım kimi qiymətləndirənlər olsa da, bəziləri bilmədikləri peyvənddən ehtiyat ediblər.