Türkiyə hərbçiləri Qarabağdakı əməliyyatlarda iştirak edir
10-01-2021, 13:31
270

Türkiyə hərbçiləri Qarabağdakı əməliyyatlarda iştirak edir

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak edir.

Oxşar xəbərlər