Dünya
9-02-2021, 11:14
196
“44 gün insanlara yalandan dedilər ki, biz qalib gəlirik” – Köçəryan
Ermənistanın ikinci Prezidenti Robert Koçaryan əmindir ki, 2020-ci il sentyabrında Ermənistan rəhbəri özü olsaydı, müharibə başlanmazdı.
Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Sputnik Armenia agentliyinə müsahibəsində deyib.
O, bildirib ki, müharibə o zaman başlayır ki, rəqib böyük ehtimalla öz qələbəsində əmin olur: “Bu, müharibəyə çevrilən sərhəd münaqişəsi deyil. Bu, planlaşdırılmış informasiya hücumu və güman ki, kifayət qədər uzun müddət hazırlanmış döyüş əməliyyatlarının başlanğıcı olub”.
Koçaryanın rəhbərliyi dövrdə müharibə başlansaydı belə, onun sözlərinə görə, "total səfərbərlik və ehtiyatlar o dərəcədə cəmləşdirilərdi ki, şübhəsiz, düşmən sadəcə dayandırılardı".
Koçaryan müharibənin nəticələrinə Ermənistan rəhbərliyinin müharibədən əvvəl və müharibə zamanı "bir sıra səhv addımlarının" səbəb olduğunu bildirir.
"Diplomatik cəbhədə tam uğursuzluqlar, danışıqlar çıxılmaz vəziyyətə salınmışdı. Bu, siyasi təcrübəsi, geosiyasi reallıqlardan təsəvvürü olmayan, bu günlə yaşayan və başlıca qayğıları Facebook-da topladıqları like-ların sayı olan insanların küçədən hakimiyyətə gəlməsinin nəticəsidir", - Koçaryan deyib.
Onun sözlərinə görə, mövcud hakimiyyət təhlükəsizliyin möhkəmləndirilməsi üçün bir iş görməyib, təhlükələri neytrallaşdırmaq üçün diplomatik səylər göstərilməyib: "Bu insanlar virtual reallıqda yaşayıb və erməni xalqı bunun dəhşətli nəticəsini ödəyir".
"44 gün insanlara yalan deyiblər ki, biz qalib gəlirik. Son günədək məğlub olduğumuzu, külli qurbanlarımız, həlak olmuş, yaralılarımız olduğunu, vətənimizi itirdiyimizi anlamamışıq. İnsanlar bunu bilsəydi, səfərbər olardı", - Koçaryan deyib.
Onun sözlərinə görə, Ermənistana Rusiya ilə daha dərin qarşılıqlı əlaqələr qurmaq haqqında düşünməyə dəyər. "Ciddi inteqrasiya haqqında danışmaq lazımdır. Dünyanın regionlaşması baş verir. Qlobal proseslər hansısa regional inteqrasiya prosesləri ilə əvəz olunmaqdadır. Və bu mənada Ermənistana Rusiya ilə daha dərin qarşılıqlı əlaqələr haqqında düşünməyə dəyər. Hazırda olduğundan daha dərin", - Koçaryan deyib.
Onun sözlərinə görə, müasir Ermənistana xalqı və dövlətçiliyini qoruyub saxlamaq üçün "təcili dəyişikliklər" gərəkdir və məhz buna görə o, "böyük siyasətə qayıdıb".