Ermənistan müxalifəti yeni toplantı keçirdi - Paşinyana qarşı ittifaq
16-02-2021, 13:02
203

Ermənistan müxalifəti yeni toplantı keçirdi - Paşinyana qarşı ittifaq

Ermənistan müxalifəti toplantı keçirib.
Ermənistan KİV xəbər verir ki, yığıncaqda geniş siyasi spektri əhatə edən qüvvələrin liderləri iştirak edib.
Eks-prezidentlər Robert Koçaryan, Serj Sarkisyan, oliqarx-milyarder və Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan, keçmiş MTX rəhbəri və Vətən Partiyasının sədri Artur Vanesyan, Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan və birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan toplantıya qatılıb.
Əsas müzakirə mövzusu 20 fevral mitinqi olub. Ümumi razılığa gəlinib ki, müxalifətin gücünü nümayiş etdirmək üçün bütün siyasi qüvvələr öz tərəfdarlarına çağırış etsin. Lazımi təşkilati və maliyyə resursları səfərbər olunsun. Mitinqin izdihamlı alınması üçün bütün səylər birləşdirilsin.
Qeyd edək ki, Ermənistan müxalifəti 20 fevral tarixinə Paşinyanın istefası tələbi ilə aksiya təyin edib.

Oxşar xəbərlər