Virusa yoluxan məşhur aktyor ölüm ayağındadı
18-03-2021, 10:15
170

Virusa yoluxan məşhur aktyor ölüm ayağındadı

Məşhur aktyor Emre Kınayın səhhəti pisləşib.
Bakıtv.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir müddət əvvəl “Ramo” serialına qatılan Emre, orada koronavirusa yoluxub.
Test nəticələri müsbət çıxan aktyor təcili olaraq karantinə alınıb. Hazırda Kınay xəstəliyi çətin keçirir və bədənində şiddətli ağrılar var. Həkimlər aktyorun səhhətinin ağır olduğunu bildiriblər.
Qeyd edək ki, o, serialda Hurdacı Şerif obrazına həyat verirdi.

Oxşar xəbərlər