Qonşu ölkədə daha 94 nəfər koronavirusdan öldü
1-04-2021, 14:07
178

Qonşu ölkədə daha 94 nəfər koronavirusdan öldü

İranda ötən 24 saat ərzində 94 nəfər koronavirusdan ölüb. 
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 
Onun sözlərinə görə, bununla ölkədə COVID-19-dan ölənlərin sayı 62 759 nəfərə çatıb.
S.Sadat Lari bildirib ki, İranda ötən sutka ərzində 11 750 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə bu virusa yoluxanların sayı 1 897 314 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 989 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Oxşar xəbərlər