Türkiyə nazirinin olduğu təyyarə təcili eniş etdi - Video
16-04-2021, 14:29
161

Türkiyə nazirinin olduğu təyyarə təcili eniş etdi - Video

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin olduğu təyyarə nasazlıq səbəbindən təcili eniş edib.
Ankaradan Şırnaka yola düşən təyyarənin sol mühərrikində nasazlıq meydana gəlib. Təyyarə Malatya bölgəsində təcili eniş etməli olub.
Hadisə zamanı təyyarənin göyərtəsində yaşanan anların görüntüləri yayımlanıb.
Təyyarədə kənd təsərrüfatı və meşə nazirinin müavini Hadi Tunç və Şırnakdan olan millət vəkili Rizgin Birlik də olub.


Oxşar xəbərlər