Baş nazir və xanımı təhlükəli olduğu deyilən vaksini vurdurdu
24-04-2021, 10:55
192

Baş nazir və xanımı təhlükəli olduğu deyilən vaksini vurdurdu

Kanadanın baş naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Trüdo “AstraZeneca” şirkətinin koronavirusa qarşı preparatı ilə peyvənd olunublar.
Bu barədə baş nazir özünün “Twitter” səhifəsində yazıb.
“Bu gün Sofi ilə mənim peyvənd olunmaq növbəmiz çatdı və bunu etdik”, - deyə baş nazir bildirib.
Trüdo özünün və xanımının “bundan çox məmnun olduğunu” qeyd edib.
Baş nazir və həyat yoldaşı preparatın ilk komponentini qəbul ediblər. 

Oxşar xəbərlər