Hindistanda güclü zəlzələ baş verib
28-04-2021, 14:36
160

Hindistanda güclü zəlzələ baş verib

Hindistanın Assam ştatında 6,0 bal gücündə zəlzələ baş verib.
"HaberGlobal”ın məlumatına görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMIC) xəbər yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 02:21-də Guvahati şəhərindən 96 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.
Yerli sakinlər sosial mediada paylaşımlarında bunun indiyə qədər gördükləri ən böyük zəlzələ olduğunu deyiblər.
30 saniyədən artıq çəkən zəlzələdə dağıntılar var. Zərərçəkənlər barədə məlumat verilməyib.




 
 

 

 

 

 

 

 


Oxşar xəbərlər