Dünya
30-04-2021, 17:26
200
Etirazçılar Baydenin çıxışını yarıda kəsdi - Video
ABŞ prezidenti Co Bayden Corciya ştatında etirazla qarşılanıb.
Prezident vəzifədə 100-cü gün münasibətilə çıxışı zamanı bir qrup şəxs müxtəlif şüarlar səsləndirib.
Qeyd olunur ki, etirazçılar özəl penitensiar müəssisələrin bağlanmasını, immiqrasiya polisinin ləğv olunmasını tələb edib.
Çıxışını yarımçıq saxlamalı olan C.Bayden bu problemlər üzərində işlərin aparıldığını bildirib və etirazçılardan 5 gün vaxt istəyib.
ABŞ prezidenti çıxışını davam etdirməyə çalışsa da şüarların səsləndirilməsi dayanmayıb. (Trend)