Köçəryan Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi: “Heç bir hərəkətiniz bağışlanılmayacaq!“
22-05-2021, 13:15
182

Köçəryan Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi: “Heç bir hərəkətiniz bağışlanılmayacaq!“

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan komandasının üzvlərinə qarşı qanunsuz hərəkətlər ediləcəyi təqdirdə məmurlara lazımi cavab verəcəkləri barədə xəbərdarlıq edib.
O, tərəfdarlarına bir neçə gündür hüquq mühafizə orqanları tərəfindən göstərilən təzyiqlər barədə açıqlama verib.
“Məğlubiyyət səhifəsini bağlamaq üçün özümə qarşı edilən qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm. Sizi xəbərdar etmək istəyirəm ki, komanda üzvlərimə zülm etmək məqsədi daşıyan hərəkətlərin heç biri unudulmayacaq və bağışlanmayacaq”, deyə o qeyd edib.

Oxşar xəbərlər