Dünən 387 mindən çox insan koronavirusa yoluxub
14-06-2021, 10:40
176

Dünən 387 mindən çox insan koronavirusa yoluxub

Dünyada son sutka ərzində 387 209 nəfər koronavirusa yoluxub, 10 158 nəfər ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 175 306 598 yoluxma hadisəsi, 3 792 777 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (187 256) payına düşür. Digər yerləri isə Cənub-Şərqi Asiya (97 990) ilə Avropa (42 288) bölüşür.

Oxşar xəbərlər