Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST
30-06-2021, 16:07
339

Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST

Koronavirusun "delta" variantı bu günədək dünyanın 96 ölkəsində qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.
Qeyd olunur ki, ilk dəfə Hindistanda aşkar edilmiş bu ştamm son həftə ərzində 11 yeni ölkədə müşahidə olunub.
Bundan başqa, ilk dəfə Böyük Britaniyada aşkar olunmuş "alfa" ştammı 172 ölkədə, CAR-da aşkar olunmuş "beta" ştammı 120 ölkədə, Braziliyada aşkar olunmuş "qamma" ştammı 72 ölkədə qeydə alınıb.
Qeyd edək ki, bu günədək dünyada 183 milyona yaxın şəxs koronavirusa yoluxub, ölənlərin sayı 4 milyona yaxınlaşır.

Oxşar xəbərlər