"Delta" ştammından necə qorunaq? - AÇIQLAMA
9-07-2021, 19:03
158

"Delta" ştammından necə qorunaq? - AÇIQLAMA

Son günlər koronavirusun yeni Hindistan ştammı insanlar arasında qorxuya səbəb olub. Artıq qonşu Gürcüstanda belə, rast gəlinən bu virusdan qorunmaq üçün nə etməliyik?

Mövzu ilə bağlı həkim, infeksionist Mərdan Əliyev BiG.AZ-a açıqlama verib:


""Delta" ştammı koronavirusun yeni Hindistan variantıdır. "Delta" ştammı koronavirusun digər ştamları arasında daha təhlükəli hesab edilir. Bundan öncə Böyük Britaniya ştammı haqqında daha çox danışılırdı. Sonradan məlum oldu ki, o qədər də təhlükəli bir virus deyil. Bu gün isə Hindstan ştammı haqqında söhbətlər gedir. Bir müddət sonra bunun da təhlükəli olub-olmaması barədə danışılacaq. Düşünürəm ki, bu ştamm da biz danışdığımız qədər təhlükəli olmayacaq, bir müddət sonra ötüb keçəcək, çünki bu, virusun genində olan bir mutasiyadır, yeni virus deyil. Dəyişiklik çox cüzidir. Kliniki və yoluxdurma əlamətlərində dəyişikliklər var.

Virusdan qorunmaq məsələsinə gəldikdə isə, koronavirusdan qorunmaq üçün tətbiq etdiyimiz bütün vasitələrdən bu ştammın əleyhinə də istifadə etməliyik. İlk növbədə, maskla taxmalı, sosial məsafəni gözləməli və şəxsi gigiyena qaydalarına əməl etməliyik. Əllərin də vaxtlı-vaxtında yuyulmasına diqqət etmək lazımdır".

Oxşar xəbərlər