Eyni anda COVID-19-un iki fərqli ştammına yoluxan qadın öldü
12-07-2021, 10:41
157

Eyni anda COVID-19-un iki fərqli ştammına yoluxan qadın öldü

Belçikada eyni vaxtda koronavirusun alfa və beta variantlarına yoluxan 90 yaşlı bir qadın həyatını itirib.
Bu, İngiltərə və Cənubi Afrikada ortaya çıxan iki ağır COVID ştammının  eyni vaxtda bir nəfərdə aşkarlandığı ilk hadisədir.
Məlumata görə, yaşlı qadın yoluxmadan əvvəl peyvənd olunmayıb. Çünki mütəxəssislər mövcud peyvəndlərin fərqli virus variantlarına qarşı da təsirli olduğunu vurğulayır. Həmçinin alimlər yeni ştammlar üçün daha təsirli və toxunulmazlığı artıra biləcək peyvəndlər üzərində işləyirlər.

Oxşar xəbərlər