Bu avtomobillərin satışına qadağa qoyulacaq - Britaniyada
13-07-2021, 20:36
178

Bu avtomobillərin satışına qadağa qoyulacaq - Britaniyada

Böyük Britaniya hökuməti 2035-2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.
Xarici KİV xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarını azaldılması üzrə hökümət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənib.
Daha əvvəl Avropa İttifaqında iri yük avtomobillərinin istehsalçıları, ağır tonnajlı dizel avtomobillərinin satışını nəzərdə tutlandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verib. 
Qeyd edək ki, sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb.

Oxşar xəbərlər