Paşinyan Köçəryanın tərəfdarını həbs etdirdi
17-07-2021, 18:15
197

Paşinyan Köçəryanın tərəfdarını həbs etdirdi

Lideri Ermənistanın eks-prezidenti Robert Köçəryan olan Ermənistan blokunun bir üzvü həbs edilib.
Polis müharibə vaxtı ölən Abgar Nazaryanın atası jurnalist Geğam Nazaryanı və Ermənistan blokunun üzvü Narek Mantaşyanı nəzarətə götürdüyünü açıqlayıb. 
Qeyd edək ki, polis sözügedən şəxsləri İrəvanın mərkəzindəki Respublika Meydanında ələ keçirib. 
Xatırladaq ki, Ermənistanda bundan əvvəl seçki zamanı Robert Köçəryanın blokunu dəstəkləyən bir neçə nəfər də  həbs edilib.

Oxşar xəbərlər