Əfqanıstanda prezident sarayına raket hücumu
20-07-2021, 11:27
150

Əfqanıstanda prezident sarayına raket hücumu

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən prezident sarayı istiqamətində bir neçə reaktiv raket mərmisi atılıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Raketlər Əfqanıstan Prezidenti Əşrəf Qəni və digər yüksəkçinli şəxslərin də iştirak etdiyi Qurban bayramı namazı vaxtı atılıb.
Ölən və ya yaralıların olması barədə hələlik informasiya yoxdur. Raketlər prezident sarayı yaxınlığında partlayıb.

Oxşar xəbərlər