Gürcüstanda son sutkada 26 nəfər COVID-19-dan ölüb
26-07-2021, 11:04
141

Gürcüstanda son sutkada 26 nəfər COVID-19-dan ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 264 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 404 min 023 nəfərə, vəfat edənlərin sayı isə 5 min 714-ə çatıb.
Ötən 24 saat ərzində 1 665, ümumilikdə isə 374 753 nəfər sağalıb.

Oxşar xəbərlər