Evin üstünə təyyarə düşdü: Ölənlər var
28-07-2021, 16:03
166

Evin üstünə təyyarə düşdü: Ölənlər var

Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.
Xarici KİV xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.
Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.
Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər